AZ

Şuşada aikido və milli rəqs bir araya gəldi FOTO

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Şuşada aikido idman növü ilə Azərbaycan milli rəqs elementlərinin sintezindən ibarət xüsusi proqram təqdim edilib.

İdman.Biz xəbər verir ki, “Azərbaycan-Yaponiya Aikido və Mədəni Mübadilə Layihəsi 2026” Azərbaycan-Yaponiya Dostluq Mərkəzi və Qarabağ Təlim Mərkəzinin birgə təşəbbüsü ilə həyata keçirilib.

Layihə çərçivəsində Yaponiyadan dəvət olunan aikido ustası Cuniçi Qomita Sensei, diaspor fəalı və Tanabe Şəhər Bələdiyyəsinin Beynəlxalq Mübadilə Mərkəzinin mədəniyyət məsələləri üzrə koordinatoru Minarə Şükürova, Azərbaycandan olan aikidoçular, Azərbaycan Mugenryu Kobudo İdman Klubu İctimai Birliyinin sədri Bəxtiyar Zeynalov, eləcə də beynəlxalq xoreoqraf-baletmeyster Lalə Aslanova Qarabağa səfər ediblər.

Səfər Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Şuşada keçirilən proqramda aikido məşqləri və Azərbaycan milli rəqs elementləri bir araya gətirilib.

Layihənin əsas məqsədi Azərbaycan və Yaponiya arasında idman və mədəni əlaqələrin gücləndirilməsi, həmçinin Qarabağın beynəlxalq mədəni mübadilə məkanı kimi tanıdılması olub.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
icma.az

1Mənbələr