AZ

Komitə sədri: Ana və uşaq ölümünün sayının artmasının səbəbləri araşdırılmalıdır

Son illərdə Azərbaycanda ana ölümü sayı artıb.

Ölkə.az xəbər verir ki, bunu ailə, qadın və uşaqların problemləri üzrə komitəsinin sədri Bahar Muradova Milli Məclisdə deyib.

"Əgər 100 min nəfər diri doğulana 2020-ci ildə  15, 8 ana ölümü qeyd olunurdusa, 2025-ci ildə bu əmsal 27, 1 təşkil edib.  Hər 1000 nəfər diri doğulan uşaqlar arasında 1 yaşadək ölən uşaqların isə 2020-ci ildə 9, 8, 2025-ci ildə isə 13,7 əmsal  təşkil edib. Bu göstəricilər bir daha ana və uşaq ölümünün səbəblərini araşdırmaq məsələsini zəruri edir",- o qeyd edib.
Komitə sədri onu da əlavə edib ki,  “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” Qanunun qəbul edilməsinə də ehtiyac vardır.

Mürtəza

Seçilən
22
1
olke.az

2Mənbələr