AZ

Azay Quliyev: Qohum nikahlarının statistikası narahatedicidir

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Milli Məclisdə Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci il fəaliyyəti müzakirə olunub.

Gununsesi.info xəbər verir ki, İnsan hüquqları komitəsinin sədri Azay Quliyev yaxın qohumlar arasında qeydə alınan nikahların statistikasının ciddi narahatlıq doğurduğunu bildirib.

Deputatın sözlərinə görə, qohum nikahlarının sayı 2020-ci ildə 395, 2021-ci ildə 2200, 2022-ci ildə 2542, 2023-cü ildə 1950, 2024-cü ildə 2058, 2025-ci ildə isə 1412 olub.

“Qanun problemi tam həll etməyib”.

Azay Quliyev qeyd edib ki, 2024-cü ilin iyununda qəbul edilən və 2025-ci ildən qüvvəyə minən qohum nikahlarını qadağan edən qanun hələ problemin tam həllinə kifayət qədər təsir göstərməyib.

Onun sözlərinə görə, bəzi vətəndaşlar qanunun tələblərinə baxmayaraq qohum nikahına üstünlük verməyə davam edir.

Erkən analıq və təhsildən yayınma narahatlıq yaradır.

Deputat bildirib ki, 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı da yüksək olaraq qalır. Bu göstərici 2024-cü ildə 1279, 2025-ci ildə isə 877 olub.

Azay Quliyev vurğulayıb ki, problemlərin əsas səbəblərindən biri bəzi valideynlərin qız uşaqlarını təhsildən yayındırmasıdır.

Onun sözlərinə görə, 2025–2026-cı tədris ilində məktəblərdə təhsil alan qızların sayı 786 min 957, oğlanların sayı isə 892 min 774 nəfər təşkil edib. Fərq 105 min 817 nəfər və ya 6,5 faizdir.

“Ən ciddi azalma 9-cu sinifdən sonra baş verir”.

Komitə sədri bildirib ki, qızların təhsildən uzaqlaşması əsasən 9-cu sinifdən sonra müşahidə olunur:

“Bir çox qızlar 9-cu sinifdən sonra təhsilini davam etdirmir, onların bir hissəsi erkən nikaha cəlb olunur”.

Azay Quliyev əlavə edib ki, bəzi valideynlər hələ də köhnə düşüncə tərzindən uzaqlaşa bilmirlər.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
3
icma.az

4Mənbələr