AZ

Qanun nəticə verir, lakin problem davam edir Zahid Oruc

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Qohum nikahlarının sayı azalsa da, problem tam aradan qalxmayıb.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, Milli Məclisin iki il öncə qəbul etdiyi qanun öz bəhrəsini verir:

“Statistikaya baxsaq, 2022-ci ildə 2542 olan belə nikahların sayı 2024-cü ildə 2058-ə, 2025-ci ildə isə 1412-yə düşüb”.

Deputat qeyd edib ki, azalma olsa da, problem hələ də qalmaqdadır:

“2025-ci ildə ən yüksək göstəricilər Bakı üzrə 360, Lənkəran-Astara üzrə isə 223 nəfərdir”.

Zahid Orucun sözlərinə görə, qohum nikahları təkcə hüquqi qadağa ilə aradan qalxmır:

“Davranış dəyişikliyi, maarifləndirmə, tibbi-genetik məsləhət və məktəblərin sistemli işi vacibdir”.

Deputat bildirib ki, digər ciddi problem ana və uşaq ölümü göstəriciləridir.

O qeyd edib ki, 2025-ci ildə hər 100 min diri doğulana ana ölümü üzrə 26 nəfər qeydə alınıb:

“Xüsusilə narahatedici odur ki, şəhər yerlərində müvafiq göstərici 2024-cü ildəki 12,2-dən 2025-ci ildə 22,1-ə yüksəlib”.

Zahid Oruc əlavə edib ki, kənd yerlərində azalma müşahidə olunsa da, rəqəmlər hələ də yüksəkdir.

“2025-ci ildə 1 yaşadək 1312 uşaq həyatını itirib. Hər 1000 diri doğulana uşaq ölümü əmsalı 13,7-dir”.

Deputat vurğulayıb ki, əhalinin demoqrafik artımına ehtiyac duyulan dövrdə “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” yeni qanun layihəsi parlament tərəfindən dəstəklənəcək.

O həmçinin qızların təhsil və ixtisas seçimi məsələsinə toxunub:

“Qız uşağının təhsildən yayınması sonradan erkən nikaha, iqtisadi asılılığa, məişət zorakılığına qarşı müdafiəsizliyə və sosial təcridə yol açır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
3
redaktor.az

4Mənbələr