AZ

Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? ARAŞDIRMA VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avtomobil təkərlərinin niyə qara rəngdə olması bir çox sürücünün maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, bu, estetik seçimdən daha çox mühəndislik və təhlükəsizliklə bağlı məsələdir.

Avtosfer.az xəbər verir ki, təbii kauçuk əslində ağ rəngdə olur. Hətta 19-cu əsrdə istehsal edilən ilk avtomobil təkərləri də açıq rəngdə hazırlanırdı.

Lakin sonradan məlum olub ki, təbii kauçuk təkbaşına kifayət qədər möhkəm və davamlı deyil. Xüsusilə yüksək temperatur, sürtünmə və yol şəraiti təkərlərin tez aşınmasına səbəb olurdu.

Bu problemi aradan qaldırmaq üçün mühəndislər kauçukun tərkibinə “karbon qara” adlanan xüsusi maddə əlavə etməyə başlayıblar. Həmin maddə təkərlərin möhkəmliyini artırmaqla yanaşı, onların istiliyə və aşınmaya qarşı müqavimətini də əhəmiyyətli dərəcədə yüksəldib.

Mütəxəssislərin sözlərinə görə, karbon qara həm də ultrabənövşəyi şüaların və yol örtüyünün təsirindən yaranan zədələnmələrin qarşısını qismən alır. Bunun nəticəsində təkərlərin istifadə müddəti daha uzun olur.

Qeyd edilir ki, məhz bu maddənin əlavə olunmasından sonra avtomobil təkərləri təbii şəkildə qara rəng almağa başlayıb. Buna görə də bu gün avtomobil sənayesində istifadə olunan təkərlərin böyük əksəriyyəti qara rəngdə istehsal olunur.

Eltac Züflüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
avtosfer.az

1Mənbələr