AZ

Prosesdə risk yalnız bir tərəfin üzərində qalmır, iştirakçılar arasında bölüşdürülür İqtisadçı

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Hazırda dünyada sürətlə inkişaf edən maliyyə modellərindən biri də İslam bankçılığıdır. B u modeldə faiz tətbiq olunmur. Həm maliyyə vəsaitini təqdim edən tərəf, həm də vəsaiti alan tərəf layihə və ya maliyyələşdirmə üzrə riskləri birlikdə bölüşür".

Bunu 525.az-a iqtisadçı ekspert Xalid Kərimli söyləyib. Ekspert vurğulayıb ki, ən geniş yayılmış modellərdən biri bankın əmlak və ya avtomobil alaraq onu daha yüksək qiymətə müştəriyə satmasıdır. Bu zaman ödəniş hissə-hissə həyata keçirilir. Məsələn, avtomobil üçün birbaşa faizli kredit vermək əvəzinə, bank avtomobili alır və müəyyən mənfəət əlavə edərək müştəriyə mərhələli ödəniş şərtləri ilə təqdim edir:

"Bu modeldə tərəflər əvvəlcədən əldə olunacaq mənfəətin bölüşdürülmə mexanizmini müəyyənləşdirirlər ki, bu da risklərin paylaşılması prinsipini özündə əks etdirir. Yəni əsas məqam ondan ibarətdir ki, prosesdə risk yalnız bir tərəfin üzərində qalmır, iştirakçılar arasında bölüşdürülür".

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
525.az

1Mənbələr