AZ

Təyyarə mühərrikli avtomobil satışa çıxarılıb FOTO

ain.az bildirir, Avtosfer portalına istinadən.

ABŞ-də 1960-cı ildə istehsal edilmiş “Flying Caduceus” avtomobili satışa çıxarılıb.

Avtosfer.az xəbər verir ki, bu, dünyada təyyarə mühərriki ilə təchiz edilmiş ilk idman avtomobilidir. Reaktiv mühərrikli avtomobilin start qiyməti təxminən  90 min dollardır. 

Maşını Los-Ancelesdə yaşayan fizik layihələndirib. Onun məqsədi sürət rekordu əldə etmək olub. 7000 at gücündə qırıcı təyyarə mühərriki nəzəri olaraq avtomobilin 800 km/saat sürətlə getməsinə imkan verir. Lakin, praktikada maksimum nəticə 579 km/saat olub. Bu da həmin dövr üçün rekord idi.  

Maşının ucuz satılmasına səbəb mühərrikin çıxarılıb muzeydə ayrıca sərgilənməsidir. Bolid özü də vaxtilə muzey eksponatı olub, sonra isə tanınmış kolleksiyaçıya satılıb.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
avtosfer.az

1Mənbələr