Marukyanın sözlərinə görə, Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsi beynəlxalq standartlara cavab verməyən bu obyektin bağlanmasını dəfələrlə tövsiyə etsə də, nə keçmiş prezidentlər, nə də 2018-ci il hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyan bunu reallaşdırıb və hazırda orada siyasi məhbuslar saxlanılır. Partiya lideri Baş nazir Nikol Paşinyanın milli təhlükəsizlik sistemini tamamilə nəzarətdə saxladığını və keçmiş hakimiyyətin metodlarından istifadə etdiyini vurğulayaraq, faktiki olaraq ölkədə "DTK rəhbərinin" Paşinyan olduğunu bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31