Trend xəbər evrir ki, o, "Mina qurbanları üçün iqtisadi imkanların yaradılması - Faza 3" layihəsinin yekunlarına həsr olunmuş tədbirdə 2021-ci ildə Ağdam rayonu ərazisində təsərrüfat işləri ilə məşğul olarkən mina partlayışının qurbanı olduğunu bildirib.
A.Quliyev qeyd edib ki, layihə çərçivəsində ona 10 baş qoyun verilib və bu dəstək təsərrüfat fəaliyyətini bərpa etməsinə kömək edib.
"2021-ci ildə Ağdam ərazisində təsərrüfatla məşğul olarkən minaya düşdüm. Layihə çərçivəsində mənə 10 baş qoyun verildi. Bu dəstək təsərrüfatımı inkişaf etdirməyə imkan yaradıb", - deyə o bildirib.
Mina qurbanı vətəndaşlara müraciət edərək təhlükəli ərazilərdən uzaq durmağın vacibliyini vurğulayıb.
"Əhaliyə demək istəyirəm ki, minalardan tam təmizlənməmiş ərazilərə daxil olmasınlar. Təhlükəsizlik qaydalarına əməl etmək hər kəs üçün həyati əhəmiyyət daşıyır", - deyə A.Quliyev əlavə edib.