AZ

Xankəndidə Qəhvə və Çay Festivalı keçiriləcək – iki günlük mədəniyyət bayramı – AFİŞA

29-30 may tarixlərində Xankəndidə “Xankəndi Qəhvə və Çay Festivalı” keçiriləcək. Flawless Solutions şirkətinin təşkilatçılığı ilə baş tutacaq festival şəhərin Zəfər Meydanında təşkil olunacaq.

Vətəninfo.az xəbər verir ki, saat 11:00-dan 22:30-dək davam edəcək tədbir çərçivəsində ziyarətçilər üçün zəngin mədəni və əyləncəli proqram hazırlanıb.

Festival iştirakçılarını Azərbaycan adət-ənənələrini əks etdirən təqdimatlar, müxtəlif qəhvə və çay növlərinin dequstasiyası, canlı musiqi proqramları, rəqs çıxışları və ailəvi əyləncələr gözləyir.

Təşkilatçıların məlumatına görə, festival proqramı ailənin bütün üzvləri üçün nəzərdə tutulub. Uşaqlar üçün xüsusi oyun zonaları, interaktiv əyləncə proqramları və müxtəlif aktivliklər təşkil olunacaq.

Axşam saatlarında isə Azərbaycanın tanınmış müğənniləri və DJ-lərinin iştirakı ilə konsert proqramı təqdim ediləcək. Festival səhnəsində DJ Said, Latifa, Əkbər Əliyev, Səbuhi İbayev, Ehtiram Hüseynov, Səbinə Ərəbli, Anar Şuşalı və Firuz Səxavət çıxış edəcəklər.

Təşkilatçılar bildirirlər ki, festival təkcə mədəni tədbir deyil, həm də Qarabağda həyatın yenidən canlanmasının, birliyin və qayıdışın rəmzi kimi nəzərdə tutulub.

Qeyd edək ki, “Xankəndi Qəhvə və Çay Festivalı”na giriş sərbəst olacaq.

Video Oynadıcı
00:00
00:10
Video Oynadıcı
Seçilən
2
7
veteninfo.az

10Mənbələr