AZ

Keçmiş polis: “Bəziləri mina xəbərdarlığını qulaqardı edir”

“Füzulinin Seyidəhmədli kəndində minaya düşdüm. O zaman polis əməkdaşı idim. Heç vaxt düşünməzdim ki, bir gün mina qurbanı olaram. Amma mina insanı seçmir...”

Musavat.com xəbər verir ki, bunu keçmiş polis əməkdaşı İlham Salmanov “Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 3” layihəsinin yekunlarına dair mətbuat konfransında deyib.

Salmanov bildirib ki, mina partlayışı nəticəsində sağ ayağı üç dəfə amputasiya olunub:

“Mina gözəgörünməz düşməndir. Təəssüf ki, bəzi insanlar xəbərdarlıqları qulaqardına vurur. Mən bu tələyə düşdüm, başqa heç kim düşməsin. Mina təhlükəsi hələ də var və hər kəs son dərəcə ehtiyatlı olmalıdır”, – deyə o vurğulayıb. Keçmiş polis əməkdaşı qeyd edib ki, layihə çərçivəsində ona beş baş qoyun verilib və bu dəstək yenidən dolanışıq qurmasına imkan yaradıb.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr