AZ

Qarabağ separatçılarının İrəvandakı “qalası” alınır - Azərbaycanlılara veriləcək

Qarabağdan Ermənistana qaçan keçmiş separatçıların “inzibati binası” əllərindən alınacaq.

Publika.az xəbər verir ki, Ermənistan hakimiyyəti keçmiş “Qarabağdakı qondarma rejimin İrəvandakı nümayəndəliyi”ni uzun müddətdir bağlamaq istəyir. Lakin müəyyən etirazlara görə proses ləngiyib. Separatçılar bu binanı “son qala” olaraq görürlər.

Ötən il Ermənistanın Baş Prokurorluğu binanın dövlət qeydiyyatının etibarsız elan edilməsi məqsədilə inzibati məhkəmədə Kadastr Komitəsinə qarşı iddia qaldırdı. Məhkəmənin 22 mayda qərar verəcəyi gözlənilsə də, bu məsələ təxirə salınıb.

“Hraparak” nəşri yazır ki, məhkəmə qərarının təxirə salınması seçkilərlə bağlı ola bilər: “Hazırda hakimiyyət seçkidən əvvəl əlavə ajiotaj yaratmaq istəmir. Lakin bu, Paşinyan üçün ölüm-qalıb məsələsidir. Paşinyan artsaxla (qonmdarma-red) bağlı hər şeyi silmək qərarını verib. Binanın alınması da bura daxildir. Məsələ ondadır ki, sovet dövründə İrəvandakı Azərbaycan Dram Teatrı bu binada yerləşirdi. Ötən il Azərbaycan Prezidenti İrəvanda Azərbaycan Dram Teatrının 120 illiyini qeyd etdi, bundan sonra Ermənistanın Milli Təhlükəsizlik Xidməti binada əməliyyat keçirərək, artsax nümayəndəliyini ələ keçirmək istədi, ardınca məhkəmə prosesi başlandı”, - nəşr yazır.

Seçilən
13
1
publika.az

2Mənbələr