Deputat Səyyad Aran Milli Məclisidə çıxışı zamanı qanunvericilik mətnlərində dilçilik baxımından nöqsanların olduğunu açıqlayıb.
Deputat təklif edib ki, Milli Məclisdə qanunların dilinin düzgün hazırlanması üçün bir dilçi və hüquqşünasın daimi əsaslarla işə cəlb olunması məqsədəuyğun olar.
Çıxışa cavab verən parlament sədri Sahibə Qafarova bildirib ki, qanunların üçüncü oxunuş mərhələsində dilə dair iradların bildirilməsi düzgün prosedur deyil.
Qafarova qeyd edib ki, qanun layihələri Azərbaycan Prezident Administrasiyası tərəfindən Milli Məclisə göndərilir və bu sənədlər peşəkar hüquqşünaslar tərəfindən hazırlanır.
Gülnar Nazimqızı