“Mançester Siti” komandasının yeni baş məşqçisi Enzo Maresca olacaq.
İdmanxeber.az xəbər verir ki, italiyalı mütəxəssis “şəhərlilər ” ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayacaq. 46 yaşlı çalışdırıcının klubun transfer siyasətində də əsas söz sahiblərindən biri olacağı bildirilir.
Qeyd edək ki, “Mançester Siti” bir neçə gün əvvəl Pep Guardiola ilə yollarını ayırıb.