AZ

Tozlu jalüzləri təmizləməyin ən yaxşı yolu tapıldı: 10 dəqiqə kifayətdir

Təmizlik zamanı evdə elə yerlər olur ki, onları görməməzlikdən gəlmək asan olur. Məsələn, toz görünmədikcə təmizliyi ertələmək daha rahat görünür. Belə çətin yerlərdən biri də jalüzlərdir. Hər bir lamelin ayrı-ayrılıqda silinməsi yorucu və vaxt aparan iş olduğundan bu iş çox vaxt təxirə salınır. Lakin internetdə yayılan və ekspertlər tərəfindən də təsdiqlənən bir üsul bu prosesi xeyli asanlaşdırır.

Demokrat.az
xəbər verir ki, bu barədə “Real Simple” yazır.

Bu metodun əsas “aləti” mətbəx üçün nəzərdə tutulan bir vasitədir - mətbəx maşa.

Viral üsul necə işləyir?

Bu üsul üçün hazırlıq çox sadədir:

* Bir cüt mətbəx maşa götürülür (ölçüsü jalüzlərdən asılı olaraq kiçik olsa daha yaxşıdır).
* Maşanın hər iki tərəfi mikrofiber salfet, nəm salfet və ya köhnə corabla sarılır və rezinlə bərkidilir.
* Sonra maşanı lamelin üzərinə yerləşdirərək hər iki tərəfi eyni anda sıxıb silmək lazımdır.
* Beləliklə, hər lamel bir hərəkətlə hər iki tərəfdən təmizlənir.

Təmizlik mütəxəssisi və “Clean Mama” layihəsinin yaradıcısı Bekki Rapinçuk bildirir ki, bu üsul vaxtı yarıya qədər azaldır, çünki hər iki səth eyni anda təmizlənir.

Təcrübədə necə işləyir?

Metodu sınaqdan keçirən müəllif qeyd edir ki, kiçik ölçülü mətbəx maşa dar lamellər üçün daha rahat olub. Mikrofiber salfetlər rezinlə yaxşı bərkidildiyi üçün sürüşməyib və hər lamel asanlıqla təmizlənib.

Bir neçə lameldən sonra salfetdə yığılan tozun miqdarı belə üsulun effektiv olduğunu göstərib. Çox çirkli jalüzlərdə salfetlərin dəyişdirilməsi tövsiyə olunur.

Nəticədə, bütün pəncərə jalüzləri 10 dəqiqədən az vaxtda təmizlənib.

Peşəkar məsləhətlər

* Salfetləri rezinlə möhkəmləndirmək lazımdır ki, sürüşməsin.
* Daha güclü təmizlik üçün mikrofiber salfetə universal təmizləyici sprey vurula bilər.
* Təmizləməyə yuxarıdan başlamaq daha düzgündür ki, toz aşağı hissələrə düşüb işi çirkləndirməsin.

Jalə
Demokrat.az
Seçilən
42
1
demokrat.az

2Mənbələr