AZ

Ermənistan AİB sammitində iştirak edəcək

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sammit 28-29 may tarixlərində Astanada keçiriləcək

“Ermənistan qarşıdan gələn Avrasiya İqtisadi Birliyinin sammitində iştirak edəcək”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Bəli, iştirak olacaq", - deyə nazir qeyd edib.

 Sammit 28-29 may tarixlərində Astanada keçiriləcək.

Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva İrəvanın Avrasiya İqtisadi Birliyi (AİB) tərəfindən təşkil edilən qarşıdan gələn tədbirlərdə iştirak etməsini gözləyir.

Bundan əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Baş naziri Nikol Paşinyanın sammitdə şəxsən iştirak etməmək qərarının onun prioritetlərini əks etdirdiyini bildirmişdi. O həmçinin qeyd edib ki, tədbirdə Ermənistanın AİB-dəki statusu müzakirə olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
ayna.az

1Mənbələr