
“Müstəqil Dövlətlər Birliyi (MDB) Ermənistanın Avropa İttifaqına (Aİ) üzvülüyü ilə bağlı mövqeyini və Yerevanda Aİ-nin Ukrayna üzrə keçirilən sammitini görməzdən gələ bilməz”.
Missiya.Az xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev deyib.
“Bu gün biz Ermənistanda Ukrayna ilə bağlı Avropa İttifaqının bu yaxınlarda keçirilən sammitini və ölkə rəhbərliyinin Aİ-yə üzvlüyü ilə bağlı mövqeyini görməzdən gələ bilmərik. Bundan əlavə, Ermənistan MDB, KTMT, AİB-in üzvü olaraq qalır və bu üzvlüyün üstünlüklərindən istifadə edir”, - deyə siyasətçi bildirib.
Daşqın HəsənovMissiya.Az