Ajans.az xəbər verir ki, “Kiberməkanın İdarəedilməsi üzrə Xüsusi Qərargah” internet məhdudiyyətlərinin aradan qaldırılması barədə qərar qəbul edib. İran hökumətinin sözçüsü Fatimə Mühacirani bu barədə “X” sosial şəbəkəsində məlumat verib. Bildirilib ki, İran Prezidenti müvafiq sərəncam imzalayıb və prosesin əvvəlki internet rejiminə qayıdış istiqamətində həyata keçirilməsi nəzərdə tutulur. Fars xəbər agentliyi isə İran Rabitə Nazirliyindəki mənbəyə istinadən yazıb ki, prezident Məsud Pezeşkian internetin əvvəlki vəziyyətinə qaytarılması barədə qərar verib.
Qeyd edək ki, İranda internet məhdudiyyətləri 2025-ci ilin sonlarında baş verən etirazlar fonunda tətbiq edilib. Daha sonra vəziyyətin qismən sabitləşməsi ilə internet xidmətləri mərhələli şəkildə bərpa olunmağa başlasa da, sonrakı dövrdə beynəlxalq şəbəkəyə çıxış yenidən məhdudlaşdırılmışdı.