AZ

ABŞ və İsrail Əl-Əqsa məscidi ilə bağlı idarəetmə planı üzərində işləyir

 ABŞ və İsrail Əl-Əqsa məscidi üzərində İordaniyanın mövcud himayə mexanizminin dəyişdirilməsini modeli müzakirə edir...

Poliqon xəbər verir ki, Middle East Eye-ın məlumatına görə, ABŞ və İsrail Qüdsdə yerləşən Əl-Əqsa məscidi üzərində İordaniyanın mövcud himayə mexanizminin dəyişdirilməsi və onun yerinə yeni “çoxdinli idarəetmə” modelinin yaradılması istiqamətində plan üzərində işləyir.

Məlumata görə, planın təşəbbüskarları arasında rəsmi vəzifə daşımayan Cared Kuşner və ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi yer alır. Sənədə əsasən, hazırda İordaniyanın nəzarətində olan İslam Vəqfi sisteminin səlahiyyətləri dayandırıla bilər.

Məqalədə iddia olunur ki, yeni yaradılacaq struktur Əl-Əqsanı “çoxdinli mərkəz” kimi elan edə və bu məkana yəhudilərin də “bərabər giriş hüququ”nu təmin edə bilər. Həmçinin, plan çərçivəsində kollektiv yəhudi ibadətlərinin rəsmi şəkildə icazə verilməsi məsələsi də müzakirə olunur.

Məlumatlara əsasən, İsrail tərəfi məscidin imamlarının və dini rəhbər heyətinin təyinatında daha geniş səlahiyyət əldə edə, həmçinin cümə xütbələrinin məzmununun təsdiq prosesində iştirak edə bilər.

ABŞ rəsmilərindən ikisi bildirib ki, Vaşinqton artıq Əl-Əqsa ilə bağlı gələcək idarəetmə modelinə dair konsept sənəd hazırlayıb. Həmin planın məqsədinin məscidin mövcud dini statusunu dəyişdirərək onu üç səmavi din üçün açıq böyük turizm və ziyarət mərkəzinə çevirmək olduğu qeyd edilir.

Qeyd edək ki, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və regionda həssas siyasi-dini balans baxımından ciddi müzakirələr doğura bilər.

Poliqon.info

Seçilən
41
poliqon.info

1Mənbələr