AZ

Paşinyan ermənilərə dərs keçir: Başqalarının bizi başqalarına qarşı...

Başqalarının bizi başqalarına qarşı istifadə etməsinə icazə verməməliyik.

Publika.az xəbər verir ki, bunu hakim “Mülkü Müqavilə” Partiyasının proporsional namizədlər siyahısına rəhbərlik edən Ermənistanın Baş naziri Nikol Paşinyan Kotayk rayonunun inzibati mərkəzi olan Hrazdanda keçirilən seçki kampaniyası zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan irəli baxmalı, keçmişdən dərs çıxarmalıdır. Paşinyan qeyd edib ki, "Keçmişin ən vacib dərsi odur ki, başqalarının bizi başqalarına qarşı istifadə etməsinə icazə verən kimi, sonda kənara atılır, müdafiəsiz qalırıq".

O əlavə edib ki, Ermənistan öz qüvvələrindən yalnız öz təhlükəsizliyini, dövlətini, rifahını və azadlığını qorumaq üçün istifadə etməlidir.

Seçilən
28
publika.az

1Mənbələr