AZ

Azərbaycan yollarında hansı Çin markası liderdir? – Markalar üzrə SİYAHI

Azərbaycanda Çin markalı minik avtomobillərinin sayı son illərdə sürətlə artmaqdadır. Xüsusilə 2025-ci ildən 2026-cı ilin əvvəlinə keçid dövründə bir sıra Çin istehsalçılarının avtomobilləri ölkə yollarında kəskin çoxalıb.

Banker.az xəbər verir ki, ən böyük artım “Changan” markasında qeydə alınıb. Belə ki, 2026-cı ilin 1 yanvar tarixinə ölkədə bu markadan olan minik avtomobillərinin sayı 38 784 ədədə çatıb. Bu isə əvvəlki illə müqayisədə 29 834 ədəd və ya 333.3% artım deməkdir. Marka hazırda Azərbaycandakı bütün minik avtomobilləri arasında TOP100 siyahısında 11-ci yerdə qərarlaşıb.

Sürətli artım nümayiş etdirən digər marka isə BYD olub. Ölkədə BYD markalı minik avtomobillərinin sayı bir il ərzində 4 083-dən 19 799-a yüksəlib. Bununla da marka 15 716 ədəd və ya 384.9% artım göstərib və ümumi sıralamada 16-cı yerə yüksəlib.

Geely markalı avtomobillərin sayı 47.1% artaraq 3 652 ədədə, Haval markalı avtomobillərin sayı isə 24.2% artaraq 3 298 ədədə çatıb. Chery markasında artım daha məhdud olub və avtomobillərin sayı 3 178 təşkil edib.

Eyni zamanda BAIC, “Dongfeng, GAC JAC kimi markalarda da yüksək artım müşahidə olunub. Xüsusilə “Dongfeng” markalı avtomobillərin sayı bir il ərzində iki dəfə artaraq 1 114-ə yüksəlib, JAC markasında isə artım 255% olub.

Bununla yanaşı, bazarda artım tempinin zəiflədiyi markalar da var. MG markalı avtomobillərin sayı cəmi 4.8%, Great Wall Motors markasında isə 1.4% artıb.

Seçilən
3
banker.az

1Mənbələr