Bakı, 26 may, AZƏRTAC
“Araz-Naxçıvan” baş məşqçisi Andrey Demçenko ilə yollarını ayırıb.
Klubdan AZƏRTAC-a bildirilib ki, ukraynalı mütəxəssislə başa çatan müqavilənin müddəti yenilənməyib.
Qeyd edək ki, Andrey Demçenko yanvar ayında bu vəzifəyə təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında 17 rəsmi oyun keçirib. Bu matçlardan 6-da qələbə, 2-də heç-heçə qeydə alınıb.