AZ

Məşhur aktrisa həyatını İTİRƏCƏKDİ: "Öləcəyimi düşünürdüm"

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, 52 yaşlı aktrisanın sözlərinə görə, həkimlər onda beyin anevrizması ola biləcəyi ilə bağlı ilkin şübhə irəli sürüblər və bu xəbər onu ciddi şəkildə sarsıdıb. Vəziyyətin dəqiqləşdirilməsi üçün çəkilişlərin dərhal dayandırılması ehtimalı da gündəmə gəlib. “Çəkiliş meydançasına çıxmaq üzrə idik… sonra isə dedilər ki, ‘beyin anevrizması ola bilər’. Öləcəyimi düşündüm. Bu, tamamilə qeyri-real idi”, — deyə aktrisa bildirib. Kruz əlavə edib ki, əvvəlcə bu xəbəri zarafat kimi qəbul etsə də, daha sonra vəziyyətin ciddiliyini anlayıb. Həkimlər ona istirahət etməyi və yüklənməni azaltmağı tövsiyə ediblər.

Sonradan aparılan təkrar müayinələr nəticəsində ilkin şübhələr təsdiqlənməyib və aktrisanın sağlam olduğu müəyyən edilib.

Seçilən
14
Ajans.az

1Mənbələr