Bakı, 26 may, AZƏRTAC
“Sabah” qapıçısı Nicat Mehbalıyevlə yollarını ayırıb.
Klubdan AZƏRTAC-a bildirilib ki, 26 yaşlı qolkiperlə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.
Qeyd edək ki, Nicat Mehbalıyev 2021-ci ildən "Sabah"ın formasını geyinirdi.