"Qalatasaray" bu futbolçusu üçün Premyer Liqa klubundan 40 milyon istəyir
"Qalatasaray"ın braziliyalı yarımmüdafiəçisi Qabriel Sara UEFA Avropa Liqasının qalibi olan İngiltərənin “Aston Villa” klubu ilə razılığa gəlib.
Demokrat.az xəbər verir ki, məlumatı Braziliya mətbuatı yayıb.
Super Liqada çempionluğa çatan və yeni mövsüm üçün heyət planlamasına erkən başlayan "Qalatasaray"da gözlənilməz ayrılıq ehtimalı gündəmə gəlib. Uzun müddətdir “Aston Villa” tərəfindən izlənilən Qabriel Sara, Braziliya milli komandasının dünya çempionatı heyətinə düşməsə də, Premyer Liqaya transferə yaxın hesab olunur.
Braziliya mediasının məlumatına görə, futbolçu meneceri vasitəsilə aparılan danışıqlarda “Aston Villa”ya “hə” deyib və klublar arasında razılaşmanın yekunlaşmasını gözləyir.
"Qalatasaray" bu transferdən 35–40 milyon avro gəlir əldə etməyi hədəfləyir. Lakin İngiltərə klubunun hələ bu məbləğə yaxın rəsmi təklif vermədiyi bildirilir.
Qabriel Sara bu mövsüm "Qalatasaray" forması ilə 42 rəsmi oyunda meydana çıxıb, 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Jalə
Demokrat.az