AZ

ARKA 2026-cı il üzrə film layihələri müsabiqəsi elan edib

Bakı, 26 may, AZƏRTAC

Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi” elan edib.

AZƏRTAC xəbər verir ki, müsabiqə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, kino sənayesinin və müvafiq sahədə özəl sektorun dəstəklənməsi, müvafiq sahədə fəaliyyət göstərən hüquqi şəxslər arasında rəqabət qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilir.

Müsabiqə üçüm müraciət qəbuluna iyunun 1-də başlanılacaq. Reqlamentlə tanışlıq üçün ARKA-nın rəsmi saytına keçid edə bilərsiniz.

 

Seçilən
12
1
azertag.az

2Mənbələr