AZ

İran BOMBALANDI: Raket qurğuları, katerlər VURULDU, SEPAH zabitləri ÖLDÜRÜLDÜ

ABŞ ordusu İranın cənubundakı raket qurğularına və hərbi katerlərinə zərbələr endirib. Musavat.com xəbər verir ki, bu hadisədən sonra İran hərbçiləri ABŞ-nin yeni hücumunun cavabsız qalmayacağı barədə xəbərdarlıq ediblər.

“Fars” agentliyinin məlumatına görə, İran Silahlı Qüvvələrinin yüksək rütbəli rəsmisi Əbülfəzl Şəkarçi bəyan edib ki, İrana qarşı “hər hansı yeni təcavüz” regionun hüdudlarından kənara çıxacaq “çox daha sərt”, genişmiqyaslı və amansız cavabla qarşılaşacaq.

İran mediası ABŞ-nin bu hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) azı 4 hərbçisinin həlak olduğunu bildirsə də, rəsmi Tehran hələlik bu məlumatı təsdiqləməyib. Eyni zamanda, İranın vitse-prezidenti İsmail Səqab İsfahani ABŞ-nin “xoş məram dilini” anlamadığını və yalnız güc dilindən başa düşdüyünü vurğulayıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi kapitan Tim Hokins bildirib ki, Amerika qoşunları öz qüvvələrini İran təhdidindən qorumaq üçün ölkənin cənubuna zərbələr endirib. Onun sözlərinə görə, hədəflər zenit-raket qurğuları və Hörmüz boğazında mina basdırmağa çalışan İran katerləri olub.
Hokins ABŞ-nin hələ də atəşkəs rejimi çərçivəsində “təmkin nümayiş etdirdiyini” əlavə edib. Zərbələr nəticəsində Bəndər-Abbas limanında Amerika təyyarələrini hədəf alan zenit-raket kompleksinin (ZRK) və SEPAH-a məxsus 2 gəminin məhv edildiyi bildirilir.

Yerli mənbələr Bəndər-Abbas aeroportu yaxınlığında və Hörmüz boğazındakı Larak adasının cənubunda ardıcıl partlayış səslərinin eşidildiyini və İran HHM sistemlərinin işə düşdüyünü təsdiqləyib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ən azı 4 əsgəri ABŞ-ın ötən gecə İrana endirdiyi zərbə nəticəsində həlak olub.

İran KİV-ləri məlumat yayıb. İran hakimiyyəti tərəfindən hələlik rəsmi təsdiq verilməyib. Öz növbəsində, İranın dövlət televiziyası IRIB SEPAH-ın bəyanatını yayımlayıb. Bəyanata əsasən, Korpus qüvvələri ölkənin hava məkanına daxil olan ABŞ-a məxsus MQ-9 Reaper pilotsuz uçuş aparatını məhv edib.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Heydər Oğuzla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Seçilən
23
musavat.com

1Mənbələr