Son nəticəyə əsasən, Azərbaycanda 6 milyon 332 min 229 şəxs seçicilər siyahısına daxil edilib.
Redaktor.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın iclasında deyib.
O bildirib ki, onlardan 47,59%-i kişilər, 52,41%-i qadınlardır:
"Ən çox seçici 30-50 yaş arasındadır. Bu isə yaxşı göstəricidir, sevindirici haldır. Əvvəlki illərə əsasən 0,48% artım dinamikası ilə müşahidə edilir" (Teleqraf).