Realliti-şou ulduzu Farra Abraham uzun illər davam edən plastik əməliyyat və kosmetik prosedurlardan sonra ciddi sağlamlıq problemləri ilə üzləşdiyini etiraf edib.
Publika.az xəbər verir ki, o, çənə oynağının degenerativ xəstəliyindən əziyyət çəkir və bu səbəbdən demək olar ki, ağzını normal şəkildə aça bilmir.
“Çənəmdən normal istifadə edə bilmirəm. Ağzımı adi insanlar kimi aça bilmirəm”, - deyə məşhur bildirib.
Abraham bu vəziyyətinin gündəlik həyatına ciddi təsir etdiyini vurğulayaraq, hətta yemək yeməyin belə çətinləşdiyini deyib: “Sadəcə istəyirəm ki, heç olmasa hot-doq yemək üçün ağzımı normal aça bilim”.
Buna baxmayaraq, o, yenidən əməliyyat masasına uzanmalı olacağını da açıqlayıb. Lakin bu dəfə müdaxilənin estetik məqsəd daşımadığını qeyd edib.