AZ

İyun ayı üçün Çin bürcləri: İlin ən emosional dövrü başlayır

Astroloqlar 2026-cı ilin iyun ayı üçün Çin bürclərinin proqnozunu təqdim ediblər.

Demokrat.az
xəbər verir ki, iyunun 5-dən iyulun 6-nadək davam edəcək "Taxta At" ayı kəskin emosional dalğalanmalar, diqqət dağınıqlığı və gözlənilməz hadisələrlə yadda qalacaq. 

Mütəxəssislər bu dövrdə daşınmaz əmlak və avtomobil alqı-satqısı kimi iri maliyyə sövdələşmələrini təxirə salmağı məsləhət görürlər. İyun ayı istirahət, səyahət, toy və idmana başlamaq üçün ideal vaxtdır. Sağlamlıq baxımından isə ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər diqqətli olmalıdırlar. 

Çin təqviminə görə bürclərin iyun xəbəri:

Siçan: Şəxsi həyatda ciddi dəyişikliklər gözlənilir. Subaylar üçün taleyüklü tanışlıq, münasibəti olanlar üçün isə karyera yüksəlişi və gözlənilməz səfərlər qaçılmazdır.

Öküz: Səbr nümayiş etdirməli olan bir aydır. İşdəki gərginlik və gecikmələr əsəblərinizi poza bilər. Münaqişələrdən uzaq durun və daha çox dincəlin.

Pələng: Yaradıcılıq, özünüifadə və yeni ambisiyalar dövrüdür. İş yükü artsa da, zəhmətiniz rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək.

Dovşan: Münasibətlərdə emosional qeyri-sabitlik yaşana bilər. Mübahisələr zamanı fasilə vermək və emosiyalarla qərar verməmək tövsiyə olunur. İşdə həddindən artıq yorulmaqdan qaçın.

Əjdaha: Taleyüklü dəyişikliklər ayıdır. Yaşayış yerini dəyişmək, yeni layihələrə başlamaq üçün uğurlu zamandır. Təşəbbüsü ələ almaqdan qorxmayın.

Ilan: Sürətli həyat ritminə uyğunlaşmalı olacaqsınız. Strateji təfəkkürünüz və təmkininiz sayəsində uğur qazanacaqsınız. Karyerada rol oynayacaq faydalı tanışlıqlar gözlənilir.

At: Enerji axını ilə yanaşı diqqət dağınıqlığı yarana bilər. Unutqanlıq işinizə mane olmasın. Aktiv istirahət və idman üçün əla vaxtdır, lakin riskli ekstremal hərəkətlərdən uzaq durun.

Keçi: Gərgin ritm səbəbindən eyni vaxtda çox iş görməkdən imtina edin. Yalnız ən vacib hədəflərə yönəlin. Yaxınların dəstəyi daxili tarazlığınızı qorumağa kömək edəcək.

Meymun: Zərərli vərdişlərdən imtina etmək və sağlam həyat tərzinə keçmək üçün böyük impuls qazanacaqsınız. Şəxsi maraqlar üçün insanları manipulyasiya etməyin, bu, münasibətləri korlaya bilər.

Xoruz: Planlar anidən dəyişə bilər, ona görə də qrafiklərə qarşı çevik olun. Emosional yorğunluq səbəbindən vaxtaşırı tənhalığa çəkilmək istəyəcəksiniz.

İt: İyun sizin üçün yayın ən uğurlu dövrlərindən biridir. Atılan hər bir addım dəstəklənəcək və asanlıqla hədəflərinizə çatacaqsınız.

Donuz: Gərgin dövrdən sonra rahat nəfəs ala bilərsiniz. Layihələri tələsmədən, stabil şəkildə inkişaf etdirin. Sağlamlığınıza və immunitetinizə xüsusi diqqət yetirin.

Jalə
Demokrat.az
Seçilən
14
demokrat.az

1Mənbələr