AZ

Dünyanın ƏN GÜCLÜ hava qüvvələri: Türkiyənin yeri məlum oldu

Qlobal hərbi analiz təşkilatı Global Firepower ölkələrin döyüş təyyarələri, helikopterləri və logistika hava vasitələrini əhatə edən 2026-cı il hərbi hava gücü hesabatını yayımlayıb. Hesabatda dünyanın ən güclü hava qüvvələrinə malik ölkələri açıqlanıb.

Musavat.com xəbər verir ki, dünya üzrə bütün hərbi hava donanmalarının inventar həcmi və müasir döyüş imkanlarının qiymətləndirildiyi hesabatda Türkiyə hərbi aviasiya sahəsində güclü mövqeyini qoruyub. Türk Hava Qüvvələri aktiv 1101 hava vasitəsi ilə dünyanın ilk 10 ölkəsi arasında yer almağı davam etdirib.

2026 hesabatına görə, ABŞ 13 min 32 hərbi hava vasitəsi ilə siyahının lideri olub. ABŞ-ni 4 min 237 hava vasitəsi ilə Rusiya, 3 min 529 təyyarə ilə isə Çin izləyib. Dördüncü sırada 2 min 183 hava vasitəsi ilə Hindistan qərarlaşıb.

Rəsmi məlumatlara görə, Türkiyə 1 101 hava vasitəsi ilə Fransa və Misir kimi ölkələri geridə qoyaraq qlobal sıralamada 8-ci yerdə qərarlaşıb. Türkiyənin önündə Pakistan, Yaponiya və Cənubi Koreya yer alıb.

Dünyanın ən güclü 10 hava qüvvəsi

ABŞ — 13 032
Rusiya — 4 237
Çin — 3 529
Hindistan — 2 183
Cənubi Koreya — 1 540
Yaponiya — 1 429
Pakistan — 1 397
Türkiyə — 1 101
Misir — 1 088
Fransa — 974

Hesabatda həmçinin Türkiyənin son illərdə həyata keçirdiyi modernizasiya proqramları, pilotsuz uçuş aparatları sahəsindəki inkişafı və yeni nəsil müdafiə sənayesi layihələrinin ölkənin hava gücünə ciddi təsir göstərdiyi vurğulanıb.

Musavat.com 

Seçilən
36
musavat.com

1Mənbələr