AZ

“AzerGold”un İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 5-ci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qalibləri Toğrul Xəlilov və Şəhriyar Həsənverdiyev ilə görüş keçirib.

"APA-Economics" xəbər verir ki, görüşdə müsabiqə qaliblərinin Mentorluq proqramı çərçivəsində 1 illik fərdi inkişaf planı nəzərdən keçirilib, fərdi inkişaf üzrə prioritetlərin müəyyənləşdirilməsi üçün mentilərin SWOT analizi aparılaraq, güclü və zəif tərəflər müəyyənləşdirilib.

Zakir İbrahimov hər iki müsabiqə qalibinə mövcud güclü kompetensiyalarından maksimum yararlanaraq idarəetmə bacarıqlarını daha da inkişaf etdirməyi, həmçinin təkmilləşdirilməsinə ehtiyac duyulan sahələr üzrə sistemli və davamlı özünüinkişaf fəaliyyətini gücləndirməyi tövsiyə edərək bu istiqamətdə müvafiq tapşırıq və tövsiyələrini verib.

“AzerGold”un
Seçilən
7
2
apa.az

3Mənbələr