AZ

“Mən orada oynasaydım, buna görə çox əsəbiləşərdim”

İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi “Mançester Siti” və “Aston Villa” klublarını matç zamanı təşkil olunan fəxri qarşılanmaya görə tənqid edib.

Söhbət Bernardo Silva və Con Stounzun “şəhərlilər”in heyətində son oyununa çıxması ilə bağlı keçirilən mərasimdən gedir.

Futbolçular əvəzlənərkən hər iki komandanın oyunçuları onlar üçün fəxri dəhliz yaradaraq, vida anı yaşadıblar.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu isə bunun matç zamanı edilməsinin düzgün olmadığını düşünür:

“Onlar hörmətə layiqdirlər, amma bunu final fitindən sonra etmək lazım idi. Mən “Aston Villa”da oynasaydım, buna görə çox əsəbiləşərdim”.

Onun fikirlərini İngiltərə millisinin digər sabiq hücumçusu Alan Şirer də dəstəkləyib. Şirer oyunun bitməsinə yarım saat qalmış belə mərasim təşkil edilməsinin yanlış olduğunu vurğulayıb.

Silva “Mançester Siti” forması ilə 460 oyunda 76 qol vurub və 77 məhsuldar ötürmə verib. Stounz isə 295 matçda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
13
sportinfo.az

1Mənbələr