AZ

İlham Əliyev tapşırıq verdi: Yeni model HAZIRLANIR

Bu fikirləri Prezident İlham Əliyev dünən kənd təsərrüfatına həsr olunmuş müşavirədə bildirib. Bununla bağlı Ajans.az-a Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, kənd təsərrüfatının inkişafı birbaşa su ehtiyatları ilə bağlıdır: “Kənd təsərrüfatının inkişafı və su ehtiyatlarının artırılması təbii ki, prioritet və vacib istiqamətlərdəndir. Çünki nəzərə alsaq ki, xüsusilə bitkiçilikdə və meyvəçilikdə su ehtiyatlarına ciddi ehtiyac var, su resurslarının məhdudluğu əkin sahələrinə birbaşa təsir göstərir.” Onun sözlərinə görə, müşavirədə Prezident tərəfindən verilən tapşırıqlardan biri su ehtiyatlarının artırılması və bu sahədə səmərəliliyin yüksəldilməsi ilə bağlı olub. “Eyni zamanda müasir suvarma sistemlərinin tətbiqi suya qənaət baxımından xüsusi əhəmiyyət daşıyır. Hazırda subsidiyalaşma siyasətində də bu sistemlərin tətbiqi təşviq olunur və müasir suvarma texnologiyalarından istifadə edən fermerlər daha yüksək həcmdə subsidiya əldə edirlər”, – deyə vurğulanıb. O qeyd edib ki, dövlət proqramlarında müasir suvarma sistemlərinin genişləndirilməsi nəzərdə tutulur. “Bu istiqamətdə addımların artırılması olduqca vacibdir. Bir tərəfdən suya daha az tələbat olan əkin strukturlarının formalaşdırılması, digər tərəfdən isə beynəlxalq praktikada geniş tətbiq olunan müasir suvarma sistemləri vasitəsilə su ehtiyatlarından daha səmərəli istifadə edilməsi məqsədəuyğundur. Bu yanaşma həm su resurslarına qənaət etməyə, həm də daha yüksək məhsuldarlığa nail olmağa imkan yaradır”

 

Seçilən
16
Ajans.az

1Mənbələr