AZ

“Üçüncü göz”ün sirri: Epifiz vəzi haqqında yeni araşdırma

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İngiltərə və İsveçdən olan elm insanları insan beynində “üçüncü göz” kimi tanınan epifiz vəzi ilə bağlı yeni araşdırmaların nəticələrini açıqlayıblar.

Bakupost.az xəbər verir ki, araşdırmaya görə, bu vəz birbaşa görmə funksiyası daşımır, amma işıq və qaranlıq dövrünü hiss etməyə kömək edir.

Alimlər bildirir ki, epifiz vəzi melatonin hormonu istehsal edir. Bu hormon yuxu və oyanıqlıq rejimini tənzimləyir və bədənin bioloji saatını idarə edir.

Tədqiqatda qeyd olunur ki, epifiz vəzi işıq və qaranlıq barədə məlumatı dolayı yollarla beyinə ötürür. Bu da insanın sirkadiyen ritmini qorumağa kömək edir.

Bu mexanizm təkcə yuxu ilə bağlı deyil. O, həm də immun sistemi və digər fizioloji proseslərlə əlaqəli ola bilər.

Alimlərə görə, epifiz vəzinin “üçüncü göz” adlandırılması onun işıqla bağlı funksiyası və beynin mərkəzində yerləşməsi ilə əlaqədardır.

Bahar Babaşova, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
www.bakupost.az

1Mənbələr