AZ

"Yer üzündə demoqrafik çöküş təhlükəsi" - Alimlər 2064-cü il üçün qorxulu ssenari açıqlayıb

"Yeni riyazi modelə görə, bəşəriyyət yaxın onilliklərdə həm əhali azalması, həm də qlobal sistem böhranı ilə üzləşə bilər..."

Beynəlxalq alimlər qrupu Yer kürəsi əhalisinin XXI əsrin ikinci yarısında kəskin azalması ilə bağlı narahatedici proqnoz irəli sürüb. 

Moderator.az xəbər verir ki, bu barədə "ixbt.com" nəşri yazıb.

Kritik nöqtəyə yaxınlaşma

Tədqiqat müəllifləri hesab edirlər ki, mövcud qlobal meyllər davam edərsə, dünya demoqrafik sistemi artıq 2064-cü ildə kritik nöqtəyə yaxınlaşa bilər. Araşdırma zamanı alimlər fizikanın "qeyri-nizamlı sistemlər" nəzəriyyəsində istifadə olunan qeyri-xətti diferensial tənliklərdən yararlanıblar. Onların sözlərinə görə, bu model son 12 min ildə bəşəriyyətin demoqrafik inkişafını ənənəvi doğum və ölüm statistikalarından daha dəqiq izah edir.

Əhali artıq ayrıca ölkələr kimi deyil, vahid sistem kimi araşdırılır

Yeni yanaşmanın əsas fərqi ondan ibarətdir ki, alimlər Yer əhalisini bir-biri ilə sıx bağlı olan vahid qlobal struktur kimi qiymətləndiriblər. Onların fikrincə, texnologiya, iqtisadiyyat, resurslar və biliklər arasında formalaşan qarşılıqlı asılılıq min illər boyu sivilizasiyanın sürətli inkişafına şərait yaradıb.

Lakin tədqiqat müəllifləri xəbərdarlıq edirlər ki, eyni əlaqələr sistemi gələcəkdə qlobal böhranların təsirini daha da gücləndirə bilər. İqtisadi çöküş, iqlim fəlakətləri və ya sosial sarsıntılar bir regionla məhdudlaşmayaraq zəncirvari reaksiya yaradıb dünyanın müxtəlif hissələrində eyni vaxtda əhali azalmasına səbəb ola bilər.

Alimlər iki təhlükəli ssenari açıqlayıb

Modelə əsasən, ən pessimist ssenaridə ekoloji böhran təbii resursların əlçatanlığını ciddi şəkildə azalda bilər. Bu halda Yer kürəsinin "daşıma qabiliyyəti" mövcud insan sayını təmin etməyə yetməyəcək və bir neçə onillik ərzində dünya əhalisinin yarıyadək azalması mümkün olacaq.

Tədqiqatçılar alternativ variantı da nəzərdən keçiriblər. Əgər ciddi böhran baş verməsə və hazırkı tendensiyalar davam etsə, bəşəriyyət "həddindən artıq artım" mərhələsinə daxil ola bilər. Bu isə nəzarətsiz əhali artımından sonra daha böyük qlobal kollaps riskini artırır. Model belə bir ssenarinin təxminən 2078-ci ilə yaxın reallaşa biləcəyini göstərir.

"Qiyamət formulu"nun qarşısını almaq mümkündürmü?

Alimlər hesab edir ki, vəziyyət hələ geri dönməz deyil. Modeldə xüsusi "K parametri" nəzərdə tutulub və onun qlobal səviyyədə izlənməsi gələcək təhlükələri əvvəlcədən müəyyən etməyə kömək edə bilər. Təqqiqat müəlliflərinin fikrincə, yeni texnologiyalar, resursların daha səmərəli istifadəsi və ekoloji siyasətin gücləndirilməsi Yer kürəsinin imkanlarını genişləndirə və həm demoqrafik çöküş, həm də həddindən artıq artım ssenarisinin qarşısını ala bilər.

Seçilən
1
1
moderator.az

2Mənbələr