AZ

Bakıya dolu yağır  - YENİLƏNİB

Hazırda Bakıda, Abşeron yarımadasında və Sumqayıtda davam edən qeyri-sabit hava şəraiti axşam saatlarına doğru tədricən kəsiləcək.

Adalet.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, axşam saatlarında artıq yağıntılar kəsəcək.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

***

15:47

Bakı ərazisində gözlənilməz hava şəraiti müşahidə olunmağa başlayıb.

Adalet.az-ın xəbərinə görə, paytaxtın bir neçə rayonunda intensiv dolu yağışı qeydə alınıb.

Şahidlərin sözlərinə görə, dolu qısa müddətdə küçələri ağ rəngə bürüyüb, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.

Görüntüləri təqdim edirik: 

 

Seçilən
21
adalet.az

1Mənbələr