Tehran Vaşinqtonun son 48 saatda “atəşkəsə zidd addımlar” atdığını iddia edir...
Poliqon xəbər verir ki, İran Xarici İşlər Nazirliyi ABŞ-ni iki ölkə arasında əldə olunmuş atəşkəs rejimini pozmaqda ittiham edib.
Nazirliyin yaydığı bəyanatda bildirilir ki, ABŞ ordusu atəşkəs elan edildikdən sonra “qanunsuz və əsassız addımlarını davam etdirərək” son 48 saat ərzində rejimi “kobud şəkildə pozub”.
İran XİN vurğulayıb ki, Tehran bu cür hərəkətləri cavabsız qoymayacaq və “heç bir cinayətə göz yumulmayacaq”. Lakin bəyanatda ABŞ-nin atəşkəs rejimini konkret olaraq hansı addımlarla pozduğu barədə detallı məlumat verilməyib.
Tərəflər arasında gərginlik son aylarda Yaxın Şərqdə artan hərbi və siyasi qarşıdurmalar fonunda daha da yüksəlib. Diplomatik kanallarda atəşkəs və gərginliyin azaldılması cəhdlərinə baxmayaraq, qarşılıqlı ittihamlar davam edir.
Rəsmi Vaşinqtondan isə hələlik bu ittihamlara dair geniş cavab verilməyib.
Poliqon.info