AZ

Xankəndidə 36 çoxmənzilli yaşayış binası üçün yarım milyon xərclənəcək

Xankəndi şəhərində yerləşən mövcud 36 çoxmənzilli yaşayış binalarının cari təmirinin həyata keçirilməsi və həyətyanı sahələrinin abadlaşdırılması üzrə layihələndirmə xidmətinə 499 258 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, xidməti “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu həyata keçirəcək.

 

“Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi və İnstitut arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 26 May 2026, 16:12   
Seçilən
12
pravda.az

1Mənbələr