AZ

Mopedini qeydiyyatdan keçirməyən sürücülər cərimələnəcək? RƏSMİ AÇIQLAMA

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Elvin Haciyev Avtosfer.az-a açıqlamasında bildirib ki, moped sürücüləri tərəfindən törədilən yol-nəqliyyat hadisələrinin və yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması, onların digər hərəkət iştirakçıları kimi üzərlərinə düşən məsuliyyəti dərk etmələri və qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsi məqsədilə normativ-hüquqi bazada dəyişikliklər edilib.

“Dəyişikliyə əsasən, 2026-cı il martın 26-dan etibarən moped idarə etmək üçün A1 kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb olunur. Bu barədə məlumat media subyektləri və sosial şəbəkələr vasitəsilə moped və motosiklet idarə etmək istəyən şəxslərin diqqətinə çatdırılıb. Həmçinin sürücülərə qeydiyyatda olduqları ərazi üzrə imtahan-qeydiyyat məntəqələrinə əvvəlcədən müraciət etmələri tövsiyə olunub. Lakin bəzi hallarda sürücülərin dövlət qeydiyyat nişanı olmadan nəqliyyat vasitəsini idarə etdiyi, mühərrikin səs gücünü artırmaq məqsədilə işlənmiş qazların xaricetmə sisteminə normativ tələbləri pozaraq əlavə avadanlıqlar quraşdırdığı və ya dəyişiklik etdiyi müşahidə edilir".

Elvin Hacıyev qeyd edib ki, belə hallar inzibati məsuliyyət yaradır və aşkarlandığı təqdirdə həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Bir daha moped və motosiklet sürücülərinə müraciət olunaraq, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi naminə yol hərəkəti qaydalarına ciddi riayət etmələri tövsiyə edilib.

Fatimə Dadaşova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
avtosfer.az

1Mənbələr