AZ

Qərb enerji problemlərini virus panikası ilə ört-basdır edir

Qərb Avropa və Böyük Britaniyada yaranan enerji problemlərini əsaslandırmaq üçün Ebola ətrafında süni panika yaradır.

Publika.az xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev bildirib.

Onun sözlərinə görə, əvvəl hantavirusla bağlı qorxu gündəmdə idisə, indi Ebola ilə bağlı yeni təşviş yaradılır.

Dmitriyev iddia edib ki, belə virus müzakirələrindən Avropa İttifaqı və Böyük Britaniyada gözlənilən enerji məhdudiyyətlərini izah etmək üçün istifadə olunur.

Seçilən
44
publika.az

1Mənbələr