AZ

“Ferrari” ilk tam elektrikli avtomobilini təqdim etdi


İtaliyanın idman avtomobilləri istehsalçısı “Ferrari” ilk tam elektrikli avtomobilini təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, “Apple Inc.”in keçmiş baş dizayn direktoru Coni Ayv tərəfindən hazırlanan beş nəfərlik “Ferrari Luce” qeyri-adi olan futuristik dizayna malikdir.
Avtomobilin maksimal sürəti saatda 310 km (198 mil) təşkil edir və elektrik mühərriki sayəsində sıfırdan 100 km/saat (62 mil) sürəti cəmi 2,5 saniyəyə yığır. Bu isə 12 silindrli “Purosangue”dan daha sürətlidir. Qiyməti 550 000 avro olan “Luce” “Ferrari”nin ən bahalı modellərindən biridir.
“Ferrari”nin strategiyası 2030-cu ilə qədər modellərinin 20%-nin tamamilə elektrikli olmasını nəzərdə tutur. Qalan modellərin 40%-i daxili yanma mühərrikləri ilə təchiz ediləcək, 40%-i isə hibrid olacaq.
Şirkət ildə 14 000-dən az avtomobil satır və eksklüzivlik və yüksək qiymət onun uğurlu biznes modelinin əsas amilləridir.
Həmçinin, “Ferrari” bazar kapitallaşmasına görə Avropanın ən böyük avtomobil istehsalçısıdır.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, elektrikli avtomobillərin yenidən satışı “Ferrari” üçün zəif nöqtə ola bilər. Çünki elektrikli nəqliyyat vasitələri zamanla benzinlə işləyən avtomobillərə nisbətən daha çox dəyər itirir.
Halbuki ikinci əl bazarı istehsal etdiyi avtomobillərin təxminən 90%-nin hələ də yollarda olduğunu iddia edən İtaliya şirkəti üçün vacibdir.
Seçilən
13
8
yeniavaz.com

9Mənbələr