AZ

“Azerbaijan Kıds Best Model 2026” uşaq moda yarışması təşkil olunub

Bakı, 26 may, AZƏRTAC

Bakıda “Star Kıds Group” MMC-nin təşkilatçılığı ilə “Azerbaijan Kıds Best Model 2026” uşaq moda yarışması keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın tanınmış simaları, modelyer-dizaynerlər, xalq və əməkdar artistlər iştirak ediblər

Müsabiqəyə 4–14 yaş aralığında olan uşaqlar qatılıb. Yarışmada ümumilikdə 76 model iştirak edib. Onların 44-ü qız, 32-si isə oğlan olub.

Layihənin əsas məqsədi Azərbaycanda xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək, onların ilk növbədə ölkəmizdə, daha sonra isə beynəlxalq arenada tanınmasına dəstək olmaqdır.

“Azerbaijan Kıds Best Model 2026” müsabiqəsi uşaqların istedadlarının üzə çıxarılması, onların səhnə bacarıqlarının inkişaf etdirilməsi və gələcək uğurlarına dəstək məqsədi daşıyan nüfuzlu layihələrdən biri kimi yadda qaldı.

 

Seçilən
3
1
azertag.az

2Mənbələr