Amerika Birləşmiş Ştatlar və İsrail tərəfindən İslam Respublikasının ərazisinə təkrar zərbələr endiriləcəyi təqdirdə, İran yeni hərbi əməliyyat taktikasına əl atacaq.
Qaziler.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin rəsmisi Əbülfəzl Şəkərçi bəyan edib.
"Biz zəifləməmişik. Əksinə, daha da güclənmişik. Ölkəmizdə raket və pilotsuz uçuş aparatlarının istehsalı müharibə zamanı da dayanmayıb və düşmən onların yerləşdiyi obyektləri heç vaxt aşkar edə bilməyəcək. Biz mühüm döyüş təcrübəsi qazanmışıq və digər taktiki həllərdən istifadə edəcəyik", — deyə Şəkərçi "Al Jazeera" telekanalına müsahibəsində vurğulayıb.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri düşmənin bütün hərəkətlərini izləyir və cavab zərbələri endirmək üçün mümkün hədəfləri artıq müəyyənləşdirib.
Telekanalın həmsöhbətini əmin edib ki, İslam Respublikasının yeni hücuma cavabı əvvəlkindən daha güclü və sərt olacaq. O, həmçinin xəbərdarlıq edib ki, təkrar eskalasiya baş verəcəyi təqdirdə hərbi əməliyyatlar "regionun hüdudlarından kənara çıxacaq".
QAZİLER.AZ