AZ

Ekspert restoran fırıldağını açıqladı: Menyuda 10 manat yazıb, hesabda 15 çıxırsa…

"Restoran onsuz da yağın qiymətini məhsulun üzərinə qoyur. Əgər fərqli qiymət qoymağı müəyyənləşdiribsə, müştəriyə qabaqcadan elan etməlidir ki, mən burada istifadə etdiyim yağın da, kartofun da qiymətini əlavə edəcəm".

Bu fikirləri Redaktor.az-a açıqlamasında iqtisadçi ekspert Xalid Kərimli Bakıda restoranlardan biri kartof qızartmaq üçün istifadə olunan yağın pulunu da hesaba əlavə olunmasından danışarkən qeyd etdi.

"Məsələn restoran müştəriyə bildirməlidi ki, kartof qızartması sənə ümumi 15 manata başa gələcək. Müştəri ondan sonra qərar verər ki, burada 15 manata o kartofu yesin, yoxsa yeməsin. Amma ki, müştəriyə qabaqcadan təqdim etdiyi xidməti, məhsulun qiyməti haqqında məlumat vermədən sonradan onu fakt qarşısında qoya bilməz. Əvvəlcədən elan edirsə, əvvəlcədən məlumat verirsə ki, mənim qiymət qoymağım belədir və müştəri buna razılaşırsa, burada heç bir qanun pozuntusu yoxdur. Yox, elan etməyibsə, məsələn, yazıbsa ki, kartof 10 manatdır, sonradan orada istifadə etdiyi yağı, qazı, işığı, suyu ora əlavə edibsə, bu, doğru deyil. Yəni restoran əvvəlcədən öz xidmətinin, məhsulunun dəyərini aydın şəkildə müştəriyə bildirməlidir".

Aytəkin TOFİQQIZI

Seçilən
8
1
redaktor.az

2Mənbələr