AZ

“Kristal Bakı”nın səhmdarlarının ümumi yığıncağı keçiriləcək

İyunun 30-da “Kristal Bakı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

APA-Economics” xəbər verir ki, yığıncağın gündəliyinə 2025-ci ilin illik hesabatının (audit olunmuş maliyyə və idarəetmə hesabatlarının) təsdiqlənməsi, həmçinin 2025-ci ilin mənfəətinin bölüşdürülməsi barədə qərarın qəbulu məsələləri daxil edilib.

Qeyd edək ki, yığıncaq cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti, ev 11, mənzil 2 ünvanında baş tutacaq.

Seçilən
24
apa.az

1Mənbələr