AZ

"Uşağını çıxarma çölə" - Avtobus sürücüsündən uşaqlı sərnişinə qarşı kobud rəftar

Bakıda fəaliyyət göstərən 1 saylı marşrut avtobusunun sürücüsü ilə bağlı narazılıq yaranıb.

Bu barədə BAKU.WS-ə sərnişin Sariyeva Yuliya məlumat verib.

Onun sözlərinə görə, sözügedən sürücü sərnişinlərə qarşı dəfələrlə kobud və hörmətsiz davranış nümayiş etdirib. Şikayətçi bildirib ki, sürücünün aqressiv münasibəti həm ona, həm də digər sərnişinlərə qarşı müşahidə olunub.

Sərnişinin iddiasına əsasən, son insident zamanı sürücü avtobusda olan uşağa görə narazılıq edib "Sakit qalmırsa, uşağını çıxartma çölə" kimi ifadələr səsləndirib.

Seçilən
1
far.az

1Mənbələr