Dünən İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Baxşayeş Ərdəstani ABŞ və İran arasında baş vermiş müharibə zamanı amerikalı pilotların İranda saxlanıldığını açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, ILNA agentliyinə müsahibəsində bildirib ki, iki amerikalı pilot İranın hava məkanında uçuşlar həyata keçirib və onların İslam Respublikası tərəfindən həbs edildiyi deyilib.
Pilotların həqiqətən saxlanılıb-saxlanılmadığı barədə suala cavabında deputat “Bəli, həbs olunublar” ifadəsini işlədib.
Ərdəstani Donald Trampın pilotların xilas edilməsi ilə bağlı açıqlamalarına toxunaraq bunun uğursuzluğu gizlətmək məqsədi daşıdığını iddia edib.