Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ermənistanda səfərdə olan ABŞ dövlət katibi marko Rubio TRIPP (Tramp marşrutu – Zəngəzur dəhlizi) layihəsi barədə danışıb.
Modern.az-ın məlumatına görə, Rubio bildirib ki, Tramp marşrutunu Ermənistan və Cənubi Qafqaz regionu üçün sülhə yol açır.Rubio bunu İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla “Zvartnots” hava limanında keçirdiyi birgə brifinqdə bildirib.Brifinqdən əvvəl TRIPP layihəsi, həmçinin mineral ehtiyatların çıxarılması və emalı sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.
Rubio qeyd edib ki, TRIPP layihəsi çərçivəsində əməkdaşlıq sazişini imzalamaq onun üçün böyük şərəfdir və bu, tarixi addımdır. Onun sözlərinə görə, bu, Ermənistan və region üçün sülhə aparan yoldur.
O bildirib ki, əməkdaşlıq bununla məhdudlaşmır, əsas məqsəd hər iki xalqın rifahı naminə münasibətləri inkişaf etdirməkdir. Bu məqsədlə kritik əhəmiyyətli mineralların çıxarılması və emalına dair sənəd imzalanıb. Rubionun sözlərinə görə, XXI əsrdə bu sahə iqtisadi müstəqillik və yeni texnologiyalara çıxış təmin edir. Dövlət katibi əlavə edib ki, Ermənistan və ABŞ iqtisadiyyatlarının minerallara etibarlı çıxış əldə etməsi üçün birgə işləməyə hazırdırlar.
Onun sözlərinə görə, Ermənistan komandasının fəaliyyəti ölkə üçün daha yaxşı gələcəyə yol açır. “Biz buna dəstək verməkdən məmnunuq və gələcək naminə işləməyə hazırıq. Bunun bir hissəsi olmaqdan qürur duyuruq və birlikdə daha böyük işlər görməyə hazırıq”, — deyə Rubio vəd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.