AZ

Fazil Mustafadan qadınlarla bağlı çağırış

Parlamentin bugünkü plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"ın müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa bir sıra vacib məqamlardan bəhs edib.

Musavat.com bildirir ki, F.Mustafa təkliflərlə çıxış edib.

Bildirib ki, qadınların rolunu qaldırmaq üçün birinci növbədə rəhbər vəzifələrdə qadınların sayı artmalıdır: “2018-ci ildə 79 qadın 6 kateqoriya üzrə ən yüksək rəhbər vəzifələrdə təmsil olunub. 2025-ci ildə bu rəqəm 65-dir. 14 say aşağı düşüb".

Komitə sədri deyib ki, məhkəmələrdə 109 məhkəmə hakimindən 6-sı qadındır:

“Bu, nə deməkdir? Çox aşağı səviyyədə təmsilçilikdir. Qadınların məhkəmə hakimi kimi fəaliyyəti, çalışqanlığı kişilərdən üstündür”.

Deputat Azərbaycanda məhkəmə kollegiya sədrlərindən 26 nəfərdən yalnız 3 nəfərinin qadın olduğunu xatırladıb və bu göstəricini çox aşağı qiymətləndirib.

F.Mustafa qeyd edib ki, qadınların məhkəmə hakimi kimi istedadı, qabiliyyəti və çalışqanlığı bir çox hallarda kişilərdən daha yüksək səviyyədə olur.

O əlavə edib ki, qadınların vəzifədə irəli çəkilməsi imkanları artırılmalıdır.

E.Paşasoy,
Musavat.com

Seçilən
10
musavat.com

1Mənbələr